Sneyderdən etiraf: “Qızıl topu yox, Çempionlar Liqasını seçərdim”
İdman
29.12.2025 09:25
“İnter” klubunun sabiq yarımmüdafiəçisi Uesli Sneyder 2010-cu il üzrə “Qızıl top” mükafatının təqdim olunması ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, Sneyder bu barədə Andreas Poke adlı "YouTube" kanalında yayımlanan podkastda bildirib.
“Şəxsən mənim üçün həmin mövsümdə Messi həqiqətən də dünyanın ən güclü futbolçusu idi. Amma əgər söhbət ilin kim üçün daha uğurlu keçməsindən gedirsə, bu baxımdan mən öndə idim.
İndi 2025-ci ildir, artıq 15 il keçib. Buna baxmayaraq, biz hələ də bu mövzuya qayıdırıq və siz hələ də deyirsiniz ki, mükafat mənə verilməli idi. Açığı, bu məni sevindirir.
Mən “Qızıl top”a toxunmamağıma yox, Çempionlar Liqasının kubokunu başım üzərinə qaldırmağıma daha çox sevinirəm. Əgər qarşıma seçim qoyulsaydı - Çempionlar Liqasındakı qələbədən imtina edib “Qızıl top”u qazanmaq - buna heç vaxt razı olmazdım”, - deyə Sneyder fikirlərini bölüşüb.
Qeyd edək ki, Uesli Sneyder peşəkar futbolçu karyerasını 2019-cu ildə başa vurub.
Namiq HUN
tag: İnter,Qızıl top,Messi,ÇL,Todaypress.tv,
