“Siti” müdafiəsinin liderini uzunmüddətli müqavilə ilə bağladı

“Siti” müdafiəsinin liderini uzunmüddətli müqavilə ilə bağladı
28.07.2026 16:38 İdman

“Mançester Siti” klubu xorvatiyalı müdafiəçi Yoşko Qvardiolla yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında bağlanan yeni anlaşma 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, daha əvvəl İspaniyanın “Real Madrid” klubunun da 23 yaşlı futbolçunun transferində maraqlı olduğu barədə xəbərlər yayılmışdı.

Qvardiol 2023-cü ilin yayından “Mançester Siti”nin formasını geyinir. O, bu müddət ərzində komandanın heyətində keçirdiyi 122 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalında xorvatiyalı futbolçunun hazırkı bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

Yoşko Qvardiol karyerası ərzində Zaqreb “Dinamo”su və Almaniyanın “Leypsiq” klublarında da çıxış edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər