Şəhriyar Məmmədyarov FIDE reytinqində mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabrın 1-nə olan vəziyyətə əsasən şahmatçıların reytinq siyahısını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya reytinqindəki mövqeyini qoruyub.
O, yenə də 2742 xalla 14-cü yerdədir.
FIDE-nin “top-100” reytinqində yer alan digər azərbaycanlı qrossmeysterlərdən - Teymur Rəcəbov (2692) – 35-ci yer, Rauf Məmmədov (2646) – 76-cı, Eltac Səfərli (2644) – 77-ci yerdədir.
Yenilənmiş reytinqdə azərbaycanlı qadın şahmatçıların mövqelərinə gəlincə, Ülviyyə Fətəliyeva (2420) - 33-cü yer, Günay Məmmədzadə (2390) - 54-cü, Gövhər Beydullayeva (2358) - 78-ci, Xanım Balacayeva (2350) - 87-cidir.
Namiq HUN