Kiyevə köhnə raketlər göndərilir - Yeniləri haradadır?

Kiyevə köhnə raketlər göndərilir - Yeniləri haradadır?
29.10.2026 20:35 Dünya

ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan daha müasir raketlərin tədarükünü gecikdirir.

TodayPress TV xəbər verir ki, bu barədə NATO-dakı mənbəyə istinadən “Radio Svoboda” məlumat yayıb.

Bildirilib ki, ABŞ əsasən ballistik raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulan PAC-3 raketlərinin Ukraynaya çatdırılmasını gecikdirir.

Bununla yanaşı, daha köhnə PAC-2 raketlərinin tədarükü davam edir. Əsasən təyyarələrə və qanadlı raketlərə qarşı istifadə olunan bu raketlər PURL təşəbbüsü çərçivəsində Ukraynaya göndərilir.

NATO-dakı mənbənin sözlərinə görə, PAC-3 raketlərinin tədarükündə yaranan gecikmə hazırda yüksək siyasi səviyyədə müzakirə olunur.

Lakin problemin nə vaxt həll ediləcəyi və müasir raketlərin tədarükünün nə zaman bərpa olunacağı hələlik məlum deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər