Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxdı
Azərbaycan cüdoçusu Rəşad Yelkiyev (66 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, Özbəkistanı təmsil edən Dilşodbek Hamroyev ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) qızıl medal qazanıblar. Ruslan Paşayev (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yerlə kifayətlənib.