Almaniya Rusiya və Belarusu izləmək üçün bu yola əl atdı
Bundesver (Almaniya Federativ Respublikasının Silahlı Qüvvələri) radioelektron mübarizə vasitələrindən istifadə etməklə Rusiyaya və Belarusa nəzarət etmək üçün Litvadakı bölməsindən istifadə etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Bundesverin kiberqoşunlarının rəhbəri, vitse-admiral Tomas Daum “Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Almaniya hərbçiləri Rusiya və Belarus ərazisində radar sistemləri və radio dalğaları yayan digər texnika haqqında məlumat toplamaq niyyətindədirlər. Tomas Daum bildirilib ki, bölmənin tam yerləşdirilməsi 2027-ci ildə planlaşdırılır.
Nəşr qeyd edib ki, alman hərbçiləri Litvada radioelektron mübarizə sistemlərini sınaqdan keçirirlər. Bunlara pilotsuz uçuş aparatlarının aşkarlanması vasitələri, siqnal ələ keçiriciləri, siqnalboğucu qurğular və döyüş meydanı haqqında məlumatları uzaqdakı analitiklərə ötürmək üçün nəzərdə tutulmuş sensorlar daxildir.
Aysel Mətləb