Əbu-Dabidə medal həyəcanı: Azərbaycan cüdoçularından dörd mühüm görüş!
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir.
TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçilərindən Könül Əliyeva (48 kq) həlledici görüşdə Türkiyə cüdoçusu Merve Azakla qarşılaşacaq.
Balabəy Ağayev (60 kq) isə turnirin finalında Tacikistan təmsilçisi Loiq Kudbudinovla qızıl medal uğrunda mübarizə aparacaq.
Azərbaycan millisinin üzvü Rəşad Yelkiyev (66 kq) özbəkistanlı Dilşodbek Hamroyevlə bürünc medal uğrunda görüşə çıxacaq. Eyni çəkidə mübarizə aparan Ruslan Paşayev isə üçüncü yer uğrunda qarşılaşmada Tacikistan təmsilçisi İskandar Mahmadxocazoda ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan turnirdə ümumilikdə 12 cüdoçu ilə təmsil olunur. Onlardan səkkizi kişi, dördü qadındır.
“Böyük Dəbilqə” turnirinin qalibləri Beynəlxalq Cüdo Federasiyasının (IJF) dünya reytinqində 1000 xal qazanacaqlar. Gümüş medalçılara 700, bürünc mükafatçılara isə 500 xal veriləcək.
Namiq HUN