Tramp Braziliya seçkilərini topa tutdu: "Biabırçılıq idi..."
ABŞ lideri Donald Tramp Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışmaq niyyətində olduğunu bildirib və bu ölkədə keçirilmiş prezident seçkilərini tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.
“Onunla danışacağam. Hesab edirəm ki, Braziliyada keçirilən seçkilər biabırçılıq idi”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Braziliyada keçirilən seçkilərdə kimi qalib hesab etdiyi barədə suala isə belə cavab verib:
“Hazırda bu barədə şərh vermək istəmirəm, lakin hesab edirəm ki, seçkilər Braziliya xalqı üçün dəhşətli biabırçılıq idi. Seçkiləri izləyirdim. Heç kimin tərəfini tutmadım. Hazırkı prezident məndən heç kimin tərəfini tutmamağı xahiş etmişdi. Sadəcə onların bazarına baxın. Bazarları dibə çöküb”.
Xatırladaq ki, oktyabrın 25-də Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib. Lula da Silva 51,79 faiz səslə yenidən dövlət başçısı seçilib. Braziliyalı senator Flaviu Bolsonaro isə 48,21 faiz səs toplayıb və ona 59 826 041 nəfər səs verib. Lula da Silva ölkə tarixində dördüncü dəfə ali dövlət vəzifəsinə seçilən ilk siyasətçi olub. Bolsonaro ABŞ-yə qaçıb və orada özünü “Braziliyanın həqiqi seçilmiş prezidenti” elan edib.
Aysel Mətləb