"Bunlara inansaq, Qətər bütün İsrailə sahib olardı" - Dohadan SƏRT cavab

"Bunlara inansaq, Qətər bütün İsrailə sahib olardı" - Dohadan SƏRT cavab
29.10.2026 18:37 Dünya

Qətər hakimiyyəti İsrail seçkilərinə müdaxilə ilə bağlı ittihamları qəti şəkildə rədd edir və yəhudi dövlətinin siyasətçilərini Dohadan günah keçisi yaratmamağa çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Bəzi israilli siyasətçilərin irəli sürdüyü ittihamları rədd edirik. Onlar bu həftəki seçkilərdən sonra Qətəri siyasi mübahisələrə cəlb etmək üçün növbəti dezinformasiya kampaniyasına başlayıblar. Onlar Qətəri Benyamin Netanyahuya (Baş nazir - red.), İsrailin sol qüvvələrinə, indi isə ərəb seçicilərə rüşvət verməkdə ittiham edirlər. Əgər bu iddialara inanmaq mümkün olsaydı, görünür, Qətər bütün İsrailə sahib olardı”, - deyə o vurğulayıb.

Xarici siyasət idarəsinin nümayəndəsi bu cür iddiaları “həm gülünc, həm də təhlükəli” adlandırıb. Onun sözlərinə görə, seçkiqabağı ritorikada əmirliyin daim xatırlanması bəzi israilli siyasətçilərin “həddindən artıq aludəçiliyindən” xəbər verir.

“Qətər siyasi uğursuzluqların günah keçisi kimi istifadə edilməməlidir. Diqqəti Qətərə yönəltməyə çalışmaq əvəzinə, onlar öz seçicilərinə, insanların gündəlik həyatının yaxşılaşdırılmasına və regiona vurduqları zərərin aradan qaldırılmasına diqqət yetirsələr, daha yaxşı olar”, – deyə paylaşımda bildirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər