Litva müharibəyə hazırlaşır? Yeni qərar açıqlandı
Litvada 2032-ci ildən etibarən ümumi məcburi hərbi xidmət sisteminin tətbiqi planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə Litvanın LRT telekanalı məlumat yayıb.
Yeni sistemə əsasən, hər il hərbi xidmətə çağırılanların sayı 5 mindən 7,5 min nəfərə çatdırılacaq. Qadınlar isə əvvəlki kimi könüllü əsaslarla hərbi xidmət keçə biləcəklər.
Litva hakimiyyəti yeni sistemin yalnız 2032-ci ildən tətbiq olunmasını hərbi infrastrukturun hazırlanması və əlavə təlimatçıların yetişdirilməsi üçün vaxt tələb olunması ilə izah edib.
Kübra Musayeva