Avropa Putinin qarşısına kimi çıxaracağını bilmir
Avropa ölkələri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq vahid nümayəndənin seçilməsi məsələsində razılığa gələ bilmirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilir ki, Avropa dövlətlərinin Rusiya ilə dialoq üçün ortaq nümayəndə müəyyənləşdirmək cəhdləri ciddi fikir ayrılıqlarına və qarışıqlığa səbəb olub.
“Liderlərin həddindən artıq çoxu məhz özlərinin Putini danışıqlara razı sala biləcəyinə inanır”, – deyə avropalı diplomat nəşrə açıqlamasında bildirib.
Kübra Musayeva