BMT-yə yeni baş katib gəlir, yoxsa "mafioz"? - Madyardan Orbana ağır ittiham

BMT-yə yeni baş katib gəlir, yoxsa "mafioz"? - Madyardan Orbana ağır ittiham
29.10.2026 19:41 Dünya

Macarıstanın Baş naziri Peter Madyar sələfi Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi ehtimalı ilə bağlı KİV-lərdə müzakirə olunan ideyanı kəskin tənqid edərək onu “mafioz” adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, Praqada çexiyalı həmkarı Andrey Babişlə keçirilən iclasdan sonra mətbuat konfransında çıxış edərkən bildirib.

“Əminəm ki, mafioz — hazırda keçmiş nazirləri onlara həvalə edilmiş sahələri talan etdiklərinə görə həbsdə olan, özü isə Macarıstanı Avropanın ən kasıb və ən korrupsiyalaşmış ölkəsinə çevirən şəxs Birləşmiş Millətlər Təşkilatına rəhbərlik etməməlidir”, - deyə Madyar vurğulayıb.

Qeyd edək ki, BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Təhlükəsizlik Şurasının üzvləri müzakirələr və reytinq səsvermələri yolu ilə növbəti beş il üçün bu vəzifəyə tövsiyə ediləcək bir namizəd seçməlidirlər. Bundan sonra Baş Assambleya səsvermə keçirəcək və nəticədə yeni baş katib seçiləcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər