Rezai Vensin məktubunu cavabsız qoydu

Rezai Vensin məktubunu cavabsız qoydu
29.10.2026 20:00 Dünya

İran ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə ünvanladığı məktubu alıb, lakin hələ cavab verməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Trampın vitse-prezidenti Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinə məktub göndərib. İran məktubu alıb, lakin hələ ona cavab verməyib”, – deyə qeyd olunub.

Agentliyin məlumatına görə, İran ABŞ tərəfindən yeddi şərtinin yerinə yetirilməsində israr edib və “bu çərçivəyə zidd olan istənilən mövqe qəbuledilməzdir” deyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər