“Səbrli olun” yetmir: “Mingəçevir” futbolçuları yeni klub axtarışında

“Səbrli olun” yetmir: “Mingəçevir” futbolçuları yeni klub axtarışında
30.12.2025 11:50 İdman

Azərbaycan Birinci Liqasının “Mingəçevir” klubunda futbolçular yenidən maaş ala bilmir.

TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, iki aydır maaşlarını almayan futbolçular artıq gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “səbrli olun” deyir. Bu isə onları qane etmir.

Xatırladaq ki, “Mingəçevir” klubunun sponsoru ASTA-dır. Şirkətin sahibi olan SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barədə bir neçə ay öncə həbs qətimkan tədbiri seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər