"Səbail" "Kəpəz"dən ayrılan baş məşqçi ilə anlaşdı

"Səbail" "Kəpəz"dən ayrılan baş məşqçi ilə anlaşdı
29.11.2025 21:00 İdman

Azərbaycan I Liqasında çıxış edən "Səbail" baş məşqçi Adil Şükürovla anlaşıb.

Klubdan TodayPress TV-yə verilən məlumata görə, təcrübəli mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, sabah yeni komandasını ilk məşqinə çıxaracaq.

Qeyd edək ki, A.Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib.

A.Şükürov son olaraq "Kəpəz" klubunu çalışdırıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər