Saxta sənədlər ifşa olundu - AFFA-dan sərt cəza

Saxta sənədlər ifşa olundu - AFFA-dan sərt cəza
26.12.2025 16:08 İdman

Region Liqasında çıxış edən iki klubun üç əməkdaşı futboldan kənarlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

Məlumata görə, “Bakı TFK” komandasının rəsmisi İsmayıl Hüseynzadə lisenziyaların alınması üçün təqdim olunan sənədləri saxtalaşdırdığına görə 3 il müddətinə futbola aid istənilən fəaliyyətdən kənarlaşdırılıb.

AFFA İntizam Komitəsi eyni səbəbdən “Çinar-Zəngilan” komandasının idman direktoru Anar Dünyamalıyevi də 3 il müddətinə futbola aid bütün fəaliyyətlərdən məhrum edib.

Bundan əlavə, “Bakı TFK” klubunun icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunan sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün 1 il 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirakdan kənarlaşdırılıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər