Şarlott forvardı Kon Nuppel NBA tarixində ən sürətli göstəriciyə çatdı
İdman
28.01.2026 09:54
20 yaşlı NBA debütantı liqa tarixində rekord müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, “Şarlott Hornets” klubunun forvardı Kon Nuppel ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında “Filadelfiya” ilə keçirilən oyunda tarixi nailiyyətə imza atıb.
Şarlott təmsilçisinin rəqibini 130:93 hesabı ilə məğlub etdiyi qarşılaşmada Kon Nuppel 12 xal, 8 ribaund və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
O, oyunda sahədən 9 cəhddən 5-ni, üçxallıqdan isə 5 cəhddən 2-ni dəqiq yerinə yetirib.
Bu nəticə ilə Nuppel karyerası ərzində vurduğu üçxallı səbətlərin sayını 150-yə çatdırıb.O, bu göstəriciyə cəmi 46 oyunda nail olub ki, bu da NBA tarixində ən sürətli nəticədir. Əvvəlki rekord Kiqan Mörreyə məxsus idi (59 oyun).
Namiq HUN
tag: Kon Nuppel,NBA,Rekord,Şarlott Hornets,Todaypress.tv,
