Şantaj qalmaqalı: futbolçuya qarşı təhdid işi üzrə hökm verildi
İdman
08.12.2025 17:26
“Tottenhem” klubunun sabiq futbolçusu Son Hın Mini şantaj edən iki nəfər həbs edilib.
TodayPress TV-nin “Yonhap” agentliyinə istinadən məlumatına görə, 2024-cü ilin iyununda Cənubi Koreyadan olan bir qadın futbolçuya analiz nəticələrini göndərərək ondan hamilə olduğunu iddia edib və bunu ictimaiyyətə açıqlamaqla hədələyib. O, əvvəlcə 204 min dollar, daha sonra isə əlavə 47 min dollar tələb edib.
Məhkəmə araşdırması zamanı təhdidlərin əsassız olduğu müəyyən edilib. Hadisənin pul əldə etmək məqsədilə planlaşdırıldığı bildirilib.
Nəticədə, Cənubi Koreya məhkəməsi 28 yaşlı qadını 4 il, onun 40 yaşlı əlbirini isə 2 il müddətinə həbs cəzasına məhkum edib.
Qeyd edək ki, Son Hın Min 10 il çıxış etdiyi “Tottenhem”dən yayda ayrılaraq MLS təmsilçisi “Los Anceles”ə keçib.
Namiq HUN
tag: Son Hın Min,Şantaj,Həbs,Qərar,Todaypress.tv,
