“Sanderlend” klub tarixində rekord müəyyən etdi
“Sanderlend” Premyer Liqada klub rekorduna imza atıb.
TodayPress TV xəbər verir ki, “qara pişiklər” VIII turda “Vulverhempton”a (2:0) qalib gəlməklə bu uğura nail olublar.
“Sanderlend” klub tarixində ilk dəfə çempionatın ilk dörd ev oyununda 10 xal qazanıb.
Qeyd edək ki, Sanderlend təmsilçisi daha əvvəl “Vest Hem” (3:0) və “Brentford”a (2:1) qalib gəlib, “Aston Villa” ilə isə heç-heçə edib - 1:1.
Namiq HUN