Samir Abasov istefaya göndərildi
“Neftçi” klubu baş məşqçisi Samir Abasovla vidalaşıb.
TodayPress TV “teleqraf”a istinadən xəbər verir ki, səbəb komandanın uğursuz çıxışı olub.
“Ağ-qaralar” Premyer Liqanın XII turunda evdə “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra məşqçi ilə müqaviləyə xitam veriblər.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2024-cü ilin oktyabrından “Neftçi”nin baş məşqçisi idi. Samir Abasov daha əvvəl 2020-2022-ci illərdə də paytaxt təmsilçisini çalışdırıb.
Namiq HUN