Zelenski ağladı - VİDEO
Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı aparıcı Stiven Bartlettə müsahibəsi zamanı emosiyalarına hakim ola bilməyib və göz yaşları içində danışıb.
TodayPress TV xəbər verir ki, Zelenski “The Diary Of A CEO” podkastına müsahibəsində müharibənin onun üçün ağır emosional sınağa çevrildiyini bildirib.
Ukrayna lideri çətin dövr keçirdiyini və yata bilmədiyini deyib. Aparıcı onun gözlərində yaş olduğunu qeyd etdikdə Zelenski bunu təsdiqləyib.
O, ölkəsi və xalqı ilə birlikdə bu çətinliklərə dözməyə çalışdığını vurğulayıb. Prezident övladlarının onun üçün mənəvi dayaq olduğunu və ən böyük arzularından birinin onların ataları ilə fəxr etməsi olduğunu bildirib.
Kübra Musayeva