Salifu Suma "Zirə"dən ayrıldı

Salifu Suma "Zirə"dən ayrıldı
23.07.2025 02:00 İdman

"Zirə" futbol klubunun yarımmüdafiəçisi Salifu Suma komandadan ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" klubuna qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında məlumat verib.

"O, bu gün bizimlə sağollaşdı və yeni klubuna yollandı. Sumanın çıxışlarını izləməyə davam edəcəyik. Ona yeni klubunda uğurlar arzulayırıq. Yeni komandasının adını isə açıqlamaq istəmirəm. Tam olaraq rəsmiləşəndən sonra hər kəs biləcək", – deyə R.Sadıqov bildirib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər