Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO

Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO
19.06.2026 16:38 İdman

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə XVI dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

TodayPress TV Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Yekunda Azərbaycanın "Odlar Yurdu" komandası Maqnus Karlsenin çıxış etdiyi, turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbə qazanıb - 3,5:2,5.

Qeyd edək ki, "WR Chess"in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır. Heyəti əsasən gənc şahmatçılardan formalaşan "Odlar Yurdu" 15 xalla 8-ci pillədə qərarlaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər