Şahmatçılarımız Avropa çempionatında mübarizəni davam etdirir

Şahmatçılarımız Avropa çempionatında mübarizəni davam etdirir
17.04.2026 11:43 İdman

Polşanın Katovitse şəhərində keçirilən Şahmat üzrə şəxsi Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, azərbaycanlı qrossmeyster Nicat Abasov IX turda israilli Benni Ayzenberq üzərində qələbə qazanaraq turnirin liderliyini ələ keçirib.

O, ispaniyalı David Giharro ilə birlikdə 7,5 xal toplayıb. Əlavə göstəricilərə əsasən, məhz Abasov turnir cədvəlinə başçılıq edir.

Nicat kimi Katovitsedə hələ məğlub olmayan Aydın Süleymanlı 7 xalla beşinci pillədə qərarlaşıb.

Eyni xalı toplayan şahmatçımız Məhəmməd Muradlı isə əlavə göstəricilərə görə 12-ci yerdədir.

Digər azərbaycanlı şahmatçıların ilk “20-liy”ə düşərək Dünya Kubokuna vəsiqə qazanmaq şansları isə xeyli az qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər