Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi

Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi
07.08.2026 09:40 İdman

İyul ayında hakimlik karyerasını başa vuran sabiq ingiltərəli referi Entoni Teylor Türkiyə Futbol Federasiyasının (TFF) Elit Hakimlər Korpusunun direktoru vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Bildirilir ki, 47 yaşlı mütəxəssis yeni vəzifəsində Türkiyə hakimliyinin strateji və texniki inkişafına rəhbərlik edəcək. O, həmçinin hakimlik sisteminin UEFA və FIFA standartlarına uyğun təkmilləşdirilməsi, tədris proqramlarının hazırlanması və oyunların təhlili prosesinin inkişafına cavabdeh olacaq.

Entoni Teylor hakimlik fəaliyyəti ərzində İngiltərə Premyer Liqasında 433 oyunu idarə edib. O, klub və milli komandalar səviyyəsində keçirilən çoxsaylı beynəlxalq qarşılaşmalarda da baş hakim kimi çalışıb.

Ümumilikdə 831 oyunda ədaləti qoruyan Teylorun son matçı 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya ilə İspaniya arasında keçirilən və İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatan görüş olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər