"Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli oldu
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
TodayPress TV xəbər verir ki, Bakı təmsilçisi məlumat yayıb.
Komandanın ilk rəqibi Rumıniyanın "Universitatya Krayova" klubu olacaq. Matç iyunun 24-də baş tutacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda iyunun 28-də Macarıstanın "Ferentsvaroş", iyulun 2-də isə Ukraynanın "Polissya" kollektivləri ilə qarşılaşacaq.