"Sabah"dan Premyer Liqada növbəti qələbə

İdman

27.04.2026 22:50

"Sabah" futbol klubu Premyer Liqada növbəti qələbəsini qazanıb.

TodayPress TV-nin məlumatına görə, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib.

"Bank Respublika Arena"dakı qarşılaşma 2:0 hesabı ilə bitib.

49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə Aron Maluda fərqlənib.

Qonaqlardan Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə görüb.

Günün ilk görüşündə "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib - 1:1.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.

TodayPress TV

tag: Sabah, Liqa, Karvan-Yevlax,Patrik Mbina, todaypress.tv,