İran üçün lazım gəlsə, kabinetimin də işığını söndürərəm - Pezeşkian

İran üçün lazım gəlsə, kabinetimin də işığını söndürərəm - Pezeşkian
04.11.2026 10:01 Dünya

İran Prezidenti Məsud Pezeşkian ölkədə sənaye və istehsalın fasiləsiz fəaliyyətini təmin etmək üçün hətta şəxsi rahatlığından imtina etməyə hazır olduğunu bildirib.

TodayPress TV  “Qafqazinfo”ya istinadən xəbər verir ki,  Pezeşkian bu fikirləri Tehranda qatıldığı tədbirdə səsləndirib.

Prezident vurğulayıb ki, müəssisələrin fəaliyyətinin zəifləməsinə və istehsal prosesinin dayanmasına yol verilməməlidir. Onun sözlərinə görə, bunun üçün zərurət yaranarsa, öz iş otağında elektrik enerjisinin kəsilməsinə, istiliyin minimuma endirilməsinə belə razıdır.

Pezeşkian müəssisələrin su, qaz və elektrik təchizatının fasiləsiz təmin olunması üçün bütün imkanların səfərbər ediləcəyini qeyd edib.

Bu açıqlama İranda dərinləşən enerji çatışmazlığı fonunda səslənib. Ölkədə elektrik kəsintilərinin əsas səbəblərindən biri istilik elektrik stansiyalarının yanacaqla təminatında yaranan problemlərdir. Elektrik istehsalının böyük hissəsinin asılı olduğu bu stansiyalarda təbii qaz çatışmazlığı və maye yanacaq ehtiyatlarının azalması enerji təchizatına mənfi təsir göstərir.

Soyuq havaların başlaması ilə yaşayış evlərində qaz istehlakının artması da elektrik stansiyalarına ayrılan yanacağın həcmini azaldır. Nəticədə Tehranda iki gündən bir təxminən iki saatlıq elektrik kəsintiləri tətbiq olunur. Enerji infrastrukturunun köhnəlməsi və müharibə şəraitində ötürücü xətlərə dəyən ziyan isə vəziyyəti daha da ağırlaşdırır.

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər