Tramp məğlubiyyəti hiss edib Demokratlarla anlaşmaq istəyir

Tramp məğlubiyyəti hiss edib Demokratlarla anlaşmaq istəyir
04.11.2026 09:40 Dünya

ABŞ prezidenti Donald Tramp Konqres seçkilərində Demokrat Partiyasının göstərdiyi nəticələri müsbət qiymətləndirib və partiya nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına və “Politico” nəşrinə müsahibələrində danışıb.

Amerika lideri Demokratların seçki kampaniyasında fəal mübarizə apardığını vurğulayıb: “Demokratlar yaxşı iş gördülər. Onlar çox mübarizə apardılar”.

Tramp seçkilərdən sonra Demokrat Partiyasının bəzi nümayəndələrinin onunla əlaqə saxladığını və artıq partiyanın bir sıra rəhbərləri ilə danışdığını qeyd edib.

“Ölkəmizdə işlərin yaxşı getməsini təmin etmək üçün Demokratlarla birlikdə çalışacağıq”, – deyə ABŞ prezidenti bildirib.

Bununla yanaşı, Tramp Konqresdəki mümkün siyasi qarşıdurmalara münasibət bildirərək prezidentin veto səlahiyyətini xatırladıb. O, növbəti iki il ərzində bu hüquqdan davamlı istifadə etmək niyyətində olmadığını deyib.

“Veto qoymaq səlahiyyətim var, amma növbəti iki il ərzində sadəcə oturub hər şeyə veto qoymaq istəmirəm”, – Tramp vurğulayıb.

ABŞ prezidenti seçkilərin nəticələrinin onu müəyyən qədər təəccübləndirdiyini də etiraf edib. Onun sözlərinə görə, Respublikaçıların daha yaxşı nəticə göstərəcəyini gözləyirdi.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər