Batrakovdan Avropada möhtəşəm rekord: 4 qol və tarix!
“Qalatasaray”ın 21 yaşlı rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinin IV turunda “Ştutqart”la qarşılaşmada dubl edərək turnirin tarixinə düşüb.
TodayPress TV xəbər verir ki, İstanbul təmsilçisi Almaniya klubunu 2:0 hesabı ilə məğlub edib. Görüşdə hər iki qolu Batrakov vurub. O, matçın 12-ci və 15-ci dəqiqələrində fərqlənərək komandasına qələbə qazandırıb.
Batrakov Çempionlar Liqasının tarixində əcnəbi klubun heyətində dubl edən ikinci rusiyalı futbolçu olub.
Bu nailiyyətə ilk dəfə 2010-cu ildə “Tottenhem”in formasını geyinən Roman Pavlyuçenko imza atıb.
Batrakovun daha bir tarixi nailiyyəti 2015/2016 mövsümündə Artyom Dzübadan sonra Çempionlar Liqasında bir mövsümdə 4 qol vuran ilk rusiyalı futbolçu olub.
Bununla yanaşı, o, bu göstəriciyə Rusiyadan kənarda çıxış edən ilk rusiyalı oyunçu kimi tarixə düşüb. Belə ki, əvvəlki səkkiz halda bu nailiyyətə imza atan futbolçuların hamısı Rusiyanın “Spartak”, ÇSKA və “Zenit” klublarını təmsil ediblər.
Qeyd edək ki, Batrakov yay transfer pəncərəsində Moskva “Lokomotiv”indən “Qalatasaray”a keçib. O, İstanbul klubunun heyətində bütün turnirlərdə keçirdiyi 12 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Namiq HUN