Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
04.11.2026 09:52 Kriminal

Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması polis tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər