“Rossoneri” kapitanını saxlamaq niyyətindədir
İdman
27.12.2025 16:34
“Milan” klubu komandanın kapitanı və əsas qapıçısı Mik Menyana müqavilənin uzadılması ilə bağlı rəsmi təklif göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə "Football Italia" nəşri məlumat yayıb.
“Rossoneri” rəhbərliyi əsas oyunçusunu komandada saxlamaq niyyətindədir. Fransalı qolkiperə bonuslar nəzərə alınmadan mövsümə təxminən 7 milyon avro maaş təklif olunub.
Menyanın hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Lakin “Milan” futbolçuya 2029-cu ilə qədər, əlavə uzatma imkanı ilə 2030-cu ilə qədər, yaxud birbaşa 2030-cu ilə qədər yeni uzunmüddətli sözləşmə imzalamağı təklif edir.
Qeyd olunur ki, Dzion Sudzuki və Uqo Souza kimi alternativ namizədlər yalnız Menyanın yeni müqavilədən imtina edəcəyi halda nəzərdən keçiriləcək.
Qeyd edək ki, cari mövsüm 18 oyunda meydana çıxan Mik Menyan 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Milan,Mik Menyan,Müqavilə,Fransa,Todaypress.tv,
