Rosenior tənqidlərə rəğmən postunda qalır!

İdman

17.04.2026 10:21

“Çelsi” klubunun rəhbərliyi baş məşqçi Liam Roseniora dəstəyini ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. 

Klubun həmsahibi Behdad Eqbali mütəxəssisin uzunmüddətli perspektivdə uğur qazanacağına inandığını bildirib. O, qeyd edib ki, Roseniorla 18 aydan artıq müddətdə işlədikləri üçün onun potensialını yaxşı bilirlər:

“Onun uğur qazanmaq üçün bütün keyfiyyətləri var. Mövsümə yaxşı başladı. Son 5-6 oyun çətin keçdi, amma biz onu dəstəkləyirik. Bu, nəticəyə yönəlmiş biznesdir, lakin uzunmüddətli uğura inanırıq”.

Klub rəsmisi həmçinin vurğulayıb ki, əsas məqsəd komandanın aparıcı futbolçularını qorumaqdır və tez-tez yenidənqurma planlaşdırılmır.

Qeyd edək ki, 41 yaşlı Rosenior bu ilin yanvarında “Strasburq” klubundan “Çelsi”yə keçib. London təmsilçisi onun rəhbərliyi altında 21 oyun keçirib. 

Hazırda “Çelsi” Premyer Liqanın 32 turundan sonra 6-cı pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: Çelsi,Liam Rosenior,Klub,Futbol,Todaypress.tv,