Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq

Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq
08.08.2026 08:42 İdman

Portuqaliyalı ulduz Kriştianu Ronaldo yeni mövsümün startında “Əl-Nəsr”ə kömək edə bilməyəcək.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Yaum” qəzeti Ronaldonun 2026/2027 mövsümünün ilk iki oyununda meydana çıxmayacağını yazıb.

41 yaşlı futbolçu avqustun 15-də “Əl-Fateh”ə qarşı Səudiyyə Ərəbistanı çempionatının ilk tur matçında, üç gün sonra isə Kral Kubokunda “Əl-Diriyah”la görüşdə iştirak etməyəcək.

Ronaldonun uzun müddətdir komandadan uzaqda qalması da diqqət çəkir. Bildirilir ki, futbolçu 6 iyuldan etibarən “Əl-Nəsr”in düşərgəsində olmayıb və məşqlərə qoşulmayıb.

Məlumata görə, Ronaldo dünya çempionatından sonra 21 günlük istirahət etməli idi. Lakin o, həm komandanın xaricdəki təlim-məşq toplanışını, həm də Səudiyyə Ərəbistanına qayıtdıqdan sonrakı məşqləri buraxıb.

Beləliklə, portuqaliyalı ulduzun 32 gündür komandanın məşqlərindən kənarda qaldığı bildirilir.

Qeyd edək ki, “Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu olub. Komanda yeni mövsümdə titulunu qorumaqla yanaşı, tarixində ilk dəfə AFC Çempionlar Liqasının Elit turnirində qalib olmağı hədəfləyir.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər