Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı!
Qazaxıstan Futbol Federasiyası Niderland mütəxəssisi Yohannes Nikolas van't Sxip ilə milli komandanın baş məşqçisi vəzifəsi üzrə razılıq əldə edib.
TodayPress TV xəbər verir ki, təyinat İcraiyyə Komitəsinin təsdiqindən sonra rəsmiləşdiriləcək.
Komitənin iclasının yaxın günlərdə keçirilməsi gözlənilir və bundan sonra mütəxəssislə rəsmi müqavilə imzalanacaq.
Van't Sxip məşqçilik karyerasına “Ayaks” sistemində başlayıb. O, müxtəlif illərdə “Ayaks”, “Tvente”, “Zvolle”, Meksikanın “Quadalaxara” və Avstraliyanın “Melburn Siti” klublarını çalışdırıb. Mütəxəssis 2016-cı ildə “Melburn Siti” ilə Avstraliya Kubokunun qalibi olub. O, həmçinin Yunanıstan və Ermənistan milli komandalarının baş məşqçisi kimi fəaliyyət göstərib.
Qazaxıstan millisinin məşqçilər korpusunda Nurbol Jumaskaliyev və Yeldos Axmetov köməkçi məşqçi, Yuri Novikov qapıçılar üzrə məşqçi, Vadim Borovski fiziki hazırlıq üzrə məşqçi, Timur Kusainov isə analitik kimi çalışacaq.
Namiq HUN