"Red Bull" ulduzu dəhşətli günləri geridə qoydu: Ferstappen səhhətindən danışdı!
"Red Bull" komandasının pilotu Maks Ferstappen Niderland Qran-prisində onu narahat edən xəstəlikdən tamamilə sağaldığını bildirib.
TodayPress TV “RacingNews365”nəşrinə istinadən xəbər verir ki, o, Zandvortdakı bütün həftənin onun üçün "dəhşətli" keçiyini etiraf edib.
Təcrübəli pilot yaşadığı çətin günlər barədə belə danışıb:
"Zərbə nöqteyi-nəzərindən özümü yaxşı hiss edirdim, çünki orada 'SAFER' maneəsi var idi. İlk dəfə idi ki, bu növ maneə ilə qarşılaşırdım və o, öz vəzifəsini həqiqətən çox yaxşı yerinə yetirdi. Lakin mən çox bərk xəstələnmişdim. İnsan yalnız tam sağaldıqdan sonra yaxşı səhhətin qədrini bilməyə başlayır, çünki Zandvortdakı bütün həftə bərbad keçdi. Hətta yarışdan sonra da bir neçə gün özümü pis hiss edirdim. Ona görə də bərpa olunmaq üçün bütöv bir həftə vaxt qazanmaq və yenidən yaxşılaşmaq çox xoş oldu. Çoxdan idi ki, özümü bu qədər pis hiss etməmişdim".
Namiq HUN