“Real”da transfer bombasının vaxtı çatdı
İdman
27.12.2025 13:03
Vinisius Junior gələn yay satılsa, “Real Madrid” PSJ klubunun yarımmüdafiəçisi Vitinyonu transfer edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Bildirilir ki, “Real”la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq braziliyalı futbolçu anlaşmanı uzatmaya bilər. Belə olduğu halda klub Vinisiusu 2026-cı ilin yayında 100 milyon avro müqabilində transferə çıxaracaq. Satışdan əldə olunan vəsait Vitinyo transferinə sərf oluna bilər.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçinin müqaviləsində 100 milyon avro məbləğində çıxış bəndi mövcuddur və “Real” bu bəndi aktivləşdirə bilər.
Cari mövsümdə Vitinyo bütün turnirlər üzrə çısxdığı 23 oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 110 milyon avrodur.
Namiq HUN
tag: Real Madrid,PSJ,Vinisus Junior,Turnir,Todaypress.tv,
