“Real”da ehtiyat skamyası gərginliyi: Yan Diomande vəziyyətə necə reaksiya verdi?

“Real”da ehtiyat skamyası gərginliyi: Yan Diomande vəziyyətə necə reaksiya verdi?
05.10.2026 13:42 İdman

“Real Madrid”in yeni transferi Yan Diomande “kral klubu”ndakı oyun vaxtı ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Trivela” məlumat yayıb. 

“Real” afrikalı futbolçunu yay transfer pəncərəsində “Leypsiq”dən transfer ediblər. Keçidi 125 milyon avroya başa gələn futbolçu mövsümün əvvəlindən bəri yalnız iki dəfə start heyətində meydana çıxıb.

“Heç nə dəyişmir. Klubda tez-tez oynamamağıma baxmayaraq, səylə məşq edirəm; orada məşqlər çox intensiv keçir. Yaxşıdır ki, məşqçi mənə inanır və oyun vaxtı verir. Təzyiq altında olmağı sevirəm; bu, məni maksimumumu verməyə məcbur edir.

Üstəlik, mən yüksək standartların norma olduğu bir klubda çıxış edirəm. “Superulduz” söhbətlərini unudun - mən əvvəlki kimi qalmışam. Sizin üçün bəlkə de ulduzam, amma özüm üçün həmin insanam”, - deyə Diomande bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər