Çempion heyətini dağıtmır: PSJ dörd ulduzunu saxlamaq istəyir!

Çempion heyətini dağıtmır: PSJ dörd ulduzunu saxlamaq istəyir!
20.11.2026 09:22 İdman

Fransanın PSJ klubu eyni vaxtda dörd əsas futbolçusu ilə müqavilələrin müddətini uzatmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “Canal+” telekanalı məlumat yayıb.

Paris təmsilçisi qapıçı Matvey Safonov, vingerlər Xviça Kvaratsxeliya və Desire Due, həmçinin hücumçu Usman Dembele ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.

Safonov, Due və Kvaratsxeliyanın hazırkı sözləşmələri 2029-cu ilin yayına qədər qüvvədədir. Dembelenin müqaviləsi isə 2028-ci ildə başa çatır.

PSJ rəhbərliyi mövcud heyəti qoruyub saxlamağı və qazanılmış titulları müdafiə etməyi prioritet vəzifə hesab edir.

Xatırladaq ki, Paris klubu Fransa çempionatının və UEFA Çempionlar Liqasının son qalibidir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər