14 oyunda 14 məhsuldar nəticə: “Real” Niko Pası geri qaytarır!
Madrid “Real”ı İtaliyanın “Komo” klubunda çıxış edən yarımmüdafiəçi Niko Pası heyətinə qaytarmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “COPE” məlumat yayıb.
Bildirilib ki, “Kral klubu” öz yetirməsinin transfer hüquqlarını geri almaq üçün 2027-ci ilin yayında 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, “Komo” ötən yay 22 yaşlı futbolçunun transfer hüquqlarını “Real”dan 60 milyon avroya alıb. Bundan əvvəl İtaliya klubu yarımmüdafiəçini 6 milyon avroya icarəyə götürmüşdü.
Niko Pas cari mövsümdə A Seriyası və UEFA Çempionlar Liqasında ümumilikdə 14 oyun keçirib. O, bu qarşılaşmalarda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
Namiq HUN