Rassell: “Uğur zaman tələb edir”
İdman
26.12.2025 17:28
“Mercedes” komandasında çıxış edən 27 yaşlı britaniyalı “Formula-1” pilotu Corc Rassell titulların olmaması ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə RacingNews365 nəşri məlumat yayıb.
“Mən həmişə özümə “Ferrari”dəki Şumaxeri xatırladıram - komandada ilk çempionluğu qazanmaq üçün ona beş il lazım oldu. İnsanlar yalnız şöhrət illərini xatırlayır, amma heç kim 1996 və 1997-ci illəri yada salmır. Həmin illər uğursuz deyildi, lakin titul da yox idi. Ona görə mən buna hazıram və anlayıram ki, mənim də vaxtım gələcək, sadəcə səbirli olmaq lazımdır”, - deyə Rassell bildirib.
Qeyd edək ki, Corc Rassell cari mövsümü pilotların şəxsi hesabında 319 xalla dördüncü pillədə başa vurub. O, 2022-ci ildən etibarən Almaniya təmsilçisi “Mercedes”in heyətində çıxış edir və komandada Valtteri Bottası əvəzləyib.
Namiq HUN
tag: Corc Rassel,Formula 1,Titul,Komanda,Todaypress.tv,
