Rafael Nadal: “Bizim dövr misilsiz idi”

İdman

25.11.2025 11:29

“Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi olan ispan tennisçi Rafael Nadal müasir tennisin inkişafı barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Punto de Break məlumat yayıb.  

“Biz 14 “Böyük Dəbilqə” titulu olan Pit Sampras dövründən gəlmişik. İnsan olaraq başa düşüləndir ki, bizim nəslimizdən biri 14 titul qazandıqdan sonra bunun maksimum olduğunu düşünə bilərdi. Amma belə olmadı, çünki aramızda iki nəfər deyil, üç nəfər var idi və istirahət etmək üçün heç vaxtımız olmurdu. Tələblər həmişə ən yüksək səviyyədə idi. Bir-birimizdən heç vaxt geri qalmırdıq. Dövrün böyüklüyü də budur. Biz həmişə turnirlərin final mərhələlərinə qədər gedir, ən vacib titullar uğrunda mübarizə aparırdıq. Məncə, tək bir nəfər bunu davamlı şəkildə etməyə qadir olmazdı”, - deyə peşəkar tennisçi fikirlərini bölüşüb. 

Nadal tennisin o qədər də dəyişdiyini düşünmədiyini bildirib: 

“Dünya inkişaf edir və oyun üslubu bir qədər fərqlənib. Daha güclü vururlar, daha güclü servislər edirlər. Mən hələ də intuisiya ilə oynamağa inanıram, statistikaya görə hərəkət edən robot kimi oynamağa yox. Bu barədə Federerlə də danışmışam, və o da artıq çox informasiya olmasını xoşlamırdı”. 

Namiq HUN

TodayPress TV

tag: Rafael Nadal,Tennis,Oyun,Turnir,Todaypress.tv,