“Qızıl top” sahibi PSJ-ni seçdi
PSJ klubunun və Fransa millisinin vingeri Usman Dembele bu yay “Əl-Hilal”ın sərfəli transfer təklifini geri çevirib.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist və insayder Saşa Tavolyeri “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 2025-ci ilin “Qızıl top” mükafatının sahibi yaxın vaxtlarda PSJ ilə yeni müqavilə imzalayacaq.
Dembele 2025/2026 mövsümündə bütün turnirlərdə 40 oyunda meydana çıxaraq 20 qol vurub və 11 məhsuldar ötürmə edib.
2026-cı il dünya çempionatında isə fransalı futbolçu səkkiz matçda iştirak edib. O, yeddi görüşə start heyətində başlayıb, beşində əvəzlənib. Turnir ərzində Dembele 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 28 yaşlı futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında onun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.
Namiq HUN