Putinə bir ildə iki ağır zərbə: Avropadakı əsas müttəfiqini də itirdi
Serbiyada tələbələrin dəstəklədiyi siyasi qüvvələrin mümkün qələbəsi Rusiyanın Balkanlardakı mövqelərinə təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, yerli medianın məlumatına görə, siyasi şərhçilərin diqqətində olan bu proses Moskvanın Avropadakı müttəfiqləri ilə münasibətlərinin gələcəyi barədə suallar yaradır.
Macarıstanda Viktor Orbanın hakimiyyətdən getməsindən sonra Serbiyada mümkün siyasi dəyişikliklər də regionda yeni geosiyasi mənzərənin formalaşmasına səbəb ola bilər.
Serbiyada tələbə hərəkatı korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyində islahatlar tələbləri ilə ön plana çıxıb. Hərəkatın siyasi uğuru ölkənin Avropa İttifaqı ilə münasibətlərinə yeni istiqamət verə bilər.
Türkan İsgəndərli