Murad Əhmədiyev mundialı medalsız tərk etdi

Murad Əhmədiyev mundialı medalsız tərk etdi
26.10.2026 11:10 İdman

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi mübarizəni başa vurub.

TodayPress TV xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiyev təsəlliverici görüşdə Avstriya təmsilçisi Markus Raqqinqerlə qarşılaşıb. 25 yaşlı güləşçimiz rəqibinə 1:5 hesabı ilə məğlub olaraq mundialı medalsız başa vurub.

Qeyd edək ki, Azərbaycan millisinin yunan-Roma güləşi üzrə digər təmsilçiləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionatında qızıl medal qazanıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər