"Qaziantep" yeni baş məşqçisini rəsmən açıqladı
Türkiyə Superliqası təmsilçisi "Qaziantep" yeni baş məşqçisini açıqlayıb.
TodayPress TV xəbər verir ki, komanda Türkiyə yığmasının sabiq futbolçusu Orhan Akla anlaşıb.
46 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər Qaziantep kollektivinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Orhan Ak futbolçu karyerası ərzində, 2003-2008-ci illərdə "Qalatasaray"ın formasını geyinib.
Xatırladaq ki, "Qaziantep" klubu Superliqada 4 xalla 7-ci sırada qərarlaşıb.