Qattuzo yeni macəraya hazırdır!

Qattuzo yeni macəraya hazırdır!
27.04.2026 17:11 İdman

Cennaro Qattuzo Rusiyadan gələcək təklifləri dəyərləndirməyə hazır olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Sport24” nəşrinə danışıb. 

İtaliya milli komandasının sabiq baş məşqçisi Rusiya Premyer Liqası klublarından iş təkliflərini nəzərdən keçirə biləcəyini deyib.

“Mən Rusiyada işləmək variantını nəzərdən keçirərəm. Mənə təklif lazımdır ki, onu qiymətləndirim. Mənim işim məşqçilikdir. Əgər yaxşı təklif olsa, Rusiya klublarından birində özümü sınamağa hazıram”, – deyə Qattuzo bildirib.

Xatırladaq ki, 48 yaşlı mütəxəssis dünya çempionatının pley-off finalında Bosniya və Herseqovina yığma komandasına uduzduqdan (1:1, 1:4 pen.) sonra İtaliya millisindən ayrılıb.

Bununla da İtaliya ardıcıl üçüncü dəfə dünya çempionatını buraxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər