Qaşim Maqomedov Los-Anceles-2028 üçün reytinq xalları uğrunda tatamiyə çıxır

Qaşim Maqomedov Los-Anceles-2028 üçün reytinq xalları uğrunda tatamiyə çıxır
08.10.2026 16:41 İdman

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov (58 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək Qran-pri turnirində iştirak edəcək. 

TodayPress TV xəbər verir ki, ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Paris Olimpiadasının gümüş medalçısı olan idmançımız oktyabrın 9-da tatamiyə çıxacaq. 

Turnir 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarına reytinq xalları qazandırır.

Q.Maqomedov yarışda böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında çıxış edəcək. 

Turnirdə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Azərbaycanı hakim kimi təmsil edəcək.

Namiq HUN

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər