Sərhədi pozan əcnəbilər saxlanıldı - FOTO
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən TodayPress TV-yə verilən xəbərə görə, DSX Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin
xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri
nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir”
sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı
Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd
göstərərkən saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
