Finalın qapısından dönən Murad Fətiyev dünya üçüncülüyü uğrunda mübarizə aparacaq!
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Murad Fətiyev medal görüşünə vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, cüdoçumuz yarımfinal mərhələsində yaponiyalı Qoki Tayimaya uduzaraq finalın bir addımlığında dayanıb.
M.Fətiyev 3-cü yer uğrunda həlledici qarşılaşmada serbiyalı cüdoçu Nemanya Maydovla üz-üzə gələcək.
Qeyd edək ki, cüdoçumuz turnirə uğurlu başlayaraq ilk görüşlərində Yunanıstan idmançısı Teodoros Tselidisi və Estoniya təmsilçisi Klen Kristofer Kalyulaydı məğlub edib. Dörddəbir finalda isə Fətiyev Fransa cüdoçusu Aleksa Mitroviç üzərində qələbə qazanaraq adını yarımfinala yazdırmağı bacarmışdı.
Namiq HUN